İsrail Prezidenti: İranın nüvə silahı əldə etməsinə imkan verə bilməzdik

“İsrail İranın nüvə silahı əldə etməsinə imkan verə bilməzdi”.
Teleqraf xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq Hərbi Hava Qüvvələrinin pilotları ilə görüşündə deyib.
“Bu, tarixi miqyaslı bir missiyadır. Biz İranın nüvə potensialına (silahına) çatmasına imkan verə bilməzdik. Bu, böyük nailiyyətdir”, - prezident bildirib.