
Parlamentari: TRASEKA layihəsinin inkişaf etdirilməsi üzv ölkələrin hər birinin marağında olmalıdır
14:18 06.05.2025
Region
564
İran TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif edir. Bu barədə ölkənin yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe bildirib. O qeyd edib ki, sözügedən təşəbbüs İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin bu yaxınlarda Azərbaycana səfəri zamanı səsləndirilib və rəsmilər tərəfindən bəyənilib. Müşavirin sözlərinə görə, bu il İranın yol və şəhərsalma naziri TRACECA Hökumətlərarası Komissiyasına sədrlik edəcək. Bundan əlavə, A.Tərfe vurğulayıb ki, İran və Türkmənistan arasında illik tranzit daşımalarının həcminin 20 milyon tona çatdırılmasını nəzərdə tutan “yol xəritəsi” haqqında saziş imzalana bilər. O bildirib ki, sənədin İran və Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-19 may tarixlərində keçiriləcək iclası çərçivəsində imzalanması gözlənilir.
Millət vəkili Vüqar İsgəndərov Sherg.az-a bildirib ki, TRASEKA Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi deməkdir:

“Bunun tarixinə nəzər saldıqda Müstəqil Dövlətlər Birliyinə (MDB) göstərilən texniki yardım təsis proqramı çərçivəsində xüsusi layihə olduğunu görərik. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda təşkil olunan İpək Yolu layihəsində bir neçə ölkənin iştirakı ilə həmin proqramın daha da inkişad etdirilməsi üçün nəzərə alınıb. Bundan sonra TRASEKA yüksək səviyyədə inkişaf etməyə başlayıb. Avrasiya İpək Yolu ideyası bu məsələdə xüsusi rol oynayıb. Sözügedən məsələ gündəmə gələndə Avropa-Qafqaz-Asiya öz təzahürünü tapıb. TRASEKA ilə nəqliyyat axını təbii ki, inkişaf edib. TRASEKA-nın məqsədləri xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, eyni zamanda zəngin mədəni tarixin gələcək üçün saxlanılmasına xidmət göstərir. Azərbaycanın həmin təşkilata böyük qatqıları mövcuddur. Bakıda və digər ölkələrdə keçirilən təşkilatın tədbirlərində Azərbaycan iştirakı və töhfələriylə dəstək verib. Bu nəqliyyat manşrutları vasitəsilə malların Avropa və dünya bazarlarına çıxışını təmin etmək, ölkələrin siyasi, iqtisadi sabitliyini qorumaqdır. TRASEKA vasitəsilə üzv dövlətləri arasında gələcək regional əməkdaşlıq da dəstəklənir. Beynəlxalq maliyyə təşkilatları və özəl investorlar həmin layihəyə dəstək veriblər. İranın sözügedən təşkilata töhfələri olub”.
Deputat söyləyib ki, İran TRASEKA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit yolunun yaradılmasını təklif edir:
“Təbii ki, İran və Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-19 may tarixlərində keçiriləcək iclası çərçivəsində imzalanması mümkündür. Bu dəhliz iki ölkə arasında daşımaların həcmini artıra bilər və bölgə üçün əlverişli zəmin yaradar. Azərbaycan da tranzit ölkə olaraq ikitərəfli və çoxtərəfli layihələrin dəstəklənməsində həmişə maraqlı olub. Azərbaycan həm İran və Gürcüstan, həm də digər ölkələrlə ikitərəfli və çoxtərəfli müqavilərin imzalanmasında maraqlı olduğunu bildirib. Belə layihələr yalnız iqtisadi əhəmiyyət daşımır, ölkələr arasındakı münasibətlərə müsbət təsirini göstərir. Dünya yenidən dizayn olunur və tranzit yolların əhəmiyyəti getdikcə artır. Yollar üzərində gedən münaqişələri və terror təhdidləri kimi məsələləri nəzərə alsaq sözügedən prosesin nə qədər əhəmiyyətli olduğu göz önündədir. Azərbaycanın yerləşdiyi coğrafı ərazi, dünyada artan siyasi çəkisi yeni ideyaların yaranmasında öz təsirini büruzə verir. Azərbaycan təkcə sözügüdən layihələrin deyil, həmçinin Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və TAP/TANAP kimi layihələrin də müəllifi və həmmüəllifir. Azərbaycan iqtisadi rıçaqların inkişaf etdirilməsində çox vacib oyunçuya çevrilir. TRASEKA layihəsinin inkişaf etdirilməsi üzv ölkələrin hər birinin marağında olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"
23:59 29.06.2026
Dünya
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol