ABŞ-da məhbusu səhvən azad etdilər – Axtarış başladı

ABŞ-da yetkinlik yaşına çatmayan şəxslərə təcavüz etdiyi üçün həbs olunan məhbus səhvən azadlığa buraxılıb.

Axar.az xəbər verir ki, 31 yaşlı Toni Maykon Munos-Mendes Corciya ştatında azad edilib.

Həbsxanadan verilən məlumata görə, məhbus oktyabrın 25-də azad edilib. Hazırda 31 yaşlı məhbusun axtarışlarına başlanılıb.