Obama: "Qadınlar birmənalı olaraq kişilərdən üstündürlər"

Qadınların hakimiyyəti zamanı yaşayış səviyyəsi qalxa bilər.

BBC xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti Barak Obama Sinqapurda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qadınlar mükəmməl deyillər, lakin kişilərdən birmənalı üstündürlər.

“Əminəm ki, dünya ölkələrinin hərəsinə 1-2 il qadınlar rəhbərlik etsələr biz müsbət dəyişikliklərin şahidi olarıq”, - deyə Obama bildirib.

O qeyd edib ki, dünyada bütün problemlər siyasətdən getmək istəməyən “qoca kişilərə” görədir.