Məktəb direktoru şagirdləri DİN əməkdaşlarına “borc verdi”

Tatarıstanın Novotroitsk şəhərində orta məktəbdə DİN əməkdaşları qeyri-adi təlim həyata keçirib.

Bu barədə “KMV Novosti” xəbər yayıb.

Bildirilir ki, polis əməkdaşları təhsil müəssisəsinin direktorunun “borc verdiyi” uşaqlarla “əməliyyat” keçiriblər.

Yayılan kadrlardan görünür ki, idman geyimində olan doqquzuncu sinif şagirdləri küçəyə çıxaraq hüquq mühafizəçilərinə hücum çəkir. Qarşı tərəf isə qalxanın arxasında gizlənərək öz rəqiblərini neytrallaşdırır.