“YouTube” azərbaycanlı müğənnini mükafatlandırdı

Müğənni Əhməd Mustafayev dünyaca məşhur “YouTube” videohostinqi tərəfindən mükafata layiq görülüb.

Şirkət sənətçinin rəsmi hesabında abunə sayının 170 mindən çox olması səbəbi ilə Əhmədə “gümüş” plaket yollayıb. 

Bu barədə sənətçi özü məlumat verib.

“Çoxdandır ki, gözlədiyim mükafat gəlib çıxıb. Hər birinizə təşəkkür edirəm. Əgər sizlər olmasaydınız, bu mükafatı almaq mümkün olmazdı. İnşallah, bundan sonra 100 milyon da olarıq. Tezliklə bunun qızıldan olanını da alarıq. Bundan sonra yeni işlərimlə sizləri sevindirəcəm”.