Məscidə göndərilən məktubun içindən donuz şəkli çıxıb

Almaniyanın Duisburq şəhərində xoşagəlməz hadisə baş verib. Xarici KİV xəbər verir ki, şəhərdə yerləşən məscidə, içində donuz şəkli və təhqiramiz ifadələr yer alan məktub göndərilib.

Diyanət İşləri Türk-İslam Birliyinin (DİTİB) nəzdində fəaliyyət göstərən “Muradiye” adlı məscidə göndərilən məktubda İslam dini ilə yanaşı, türklərə və ərəblərə qarşı da ağır təhqirlər yer alıb.

Məktubun Münhen şəhərindən göndərildiyi qeyd olunsa da, şəxsin adının və ünvanının saxta olduğu ehtimal olunur. Məscid dərnək idarəçiləri tərəfindən əldə edilən məktub yerli polis idarəsinə təhvil verilib.