2019-cu ilin ən dəbli qadınları onlardır - SİYAHI

“Vogue” dərgisi 2019-cu ilin ən zövqlü və dəbli qadınlarının siyahısını dərc edib.

Kult.az xəbər verir ki, britaniyalı top-model və aktrisa Naomi Kempbell 2019-cu ilin ən dəbli qadını seçilib.

Jurnalistlər son 12 ay ərzində Naominin qarderobunda “Valentino”, “Versace” və “Alexader McQueen” geyimlərinin üstünlük təşkil etdiyini qeyd ediblər.

Reytinqdə növbəti yerə kinoaktrisa Cemma Çan layiq görülüb. Üçüncü yeri isə amerikalı ifaçı və dizayner Rianna tutub. Həmçinin, ilk beşlikdə britaniyalı aktrisa Fibi Uoller-Bric və onun həmyerlisi model Advoa Aboa da yer alıblar.