2019-cu ilin ən çox satılan smartfonları onlardır

2019-cü ildə ən çox satılan smartfon Ayfon XR modelidir. Ümumi satışların 3 faizi bu modelin payına düşür. “Əpl” şirkətinin digər məhsulu Ayfon-11 modeli isə siyahının 5-ci pilləsində qərarlaşıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “9to5mac” saytı yayıb.

Reytinqdə 2-ci və 3-cü yerləri 2,6 faiz və 1,9 faiz satışla müvafiq olaraq “Samsunq Qalaksi”nin A10 və A50 modelləri tutub. “Samsunq”un digər modeli “Qalaksi A20” isə satış həcminə görə 7-ci yeri tutub.

Bunlardan əlavə, ən çox istifadə olunan cihazların sırasına “Oppo A9”, “Oppo A5s”, “Oppo A5”, “Xiaomi Redmi A7” və “Huavey P30” modelləri də daxil olub.