Tramp çəkildiyi “Evdə tək” filmindən danışdı

Tramp epizodların birində rol aldığı “Evdə tək - 2” (Home Alone 2, 1992) filmini Milad bayramının ən möhtəşəm filmlərindən biri hesab edir.

Kult.az xəbər verir ki, bunu ABŞ Prezidenti tətil üçün gəldiyi Florida ştatındakı malikanəsində hərbçilərin suallarını cavablandırarkən deyib.

“Mən “Evdə tək-2” filmində rol almışam. Bir çox insan, xüsusilə də Milad bayramı zamanı bunu xatırlayır. Bu yaxşı filmdir. Mən cavan idim və filmdə çəkilmək mənim üçün şərəf idi”, - deyə ABŞ lideri bildirib.

Qeyd edək ki, Tramp həmin dövrdə uğurlu iş adamı olub və televiziyada aparıcılıq edib. O, “Evdə tək-2” filmində 10 saniyəlik epizodda çəkilib.