Türkiyənin ilk milli avtomobili: Prezident necə yolda qaldı?    


Xəbər verildiyi kimi Türkiyənin Bursa əyalətinin Qebze şəhərində ilk yerli elektromobil təqdim olunub. Prezident  Rəcəb Tayyib Ərdoğan avtomobilin sükanı arxasına əyləşib və tarixi günü  ölkəsi üçün böyük hadisə sayıb:





"Uzun illərdi ki, öz avtomobilimizi istehsal etmirdik. Yüzdən çox türkiyəli mühəndis yerli texnologiyalardan istifadə edərək layihə üzərində çalışıb. Bursa əyalətinin Gemlik şəhəri rayonunda yeni zavod tikiləcək”.

Tanınmış jurnalist Əziz Rzazadə dünyanın diqqətini çəkən hadisə ilə bağlı özünün feysbuk səhifəsində maraqlı paylaşım edib. Jurnalistin qeydlərini təqdim edirik:  



"Türkiyə ilk milli avtomobilini nümayişə çıxardı. Çoxları bilmir, ilk türk milli avtomobili "Devrim" olub. 1961-ci ildə Prezident Cemal Gürsel onun sınağını keçirib. Bəs, tarix bu haqda nə deyir?

"Devrim" motosikletli kortejin müşayiəti ilə yola çıxdı. Amma müşayiətçilər benzin barədə düşünməmişdilər. Məclisin qarşısında ağıllarına gəldikdə, 1-ci maşına yanacaq vurdular. Cemal Paşa isə 2-ci maşınla Məclisin önündən "Anıtqəbir"ə getmək üçün yola çıxdı. Ancaq 100 metrdən sonra motor nasazlayıb, dayandı. Cemal Paşanın "Nə baş verir" sualına sükan arxasında olan baş mühəndis Rıfat Serdaroğlu "Paşam, benzin bitdi"?- deyir. Paşadan üzr istədi və "Devrim-1"ə oturmasını xahiş etdi. Cemal Paşa bu maşınla "Anıtqəbir"ə getdi. Maşından enərkən isə bu sözləri dedi: "Qərb ağılı ilə maşın qayırdınız, ancaq Şərq ağlı ilə maşına yanacaq doldurmağı unutmusunuz".

Turan