Berdiməhəmmədov sirkdə çıxış etdi - VİDEO

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov sirkdə çıxış edib.

Axar.az xəbər verir ki, dövlət rəhbərinin çıxışının əks olunduğu kadrlar “Altın Əsr” televiziya kanalında nümayiş olunub.

Prezident Beynəlxalq ahaltəkə at idman kompleksinin manejində “Qalkınış” milli at oyunları qrupunun çıxışını izləyib. Daha sonra qrup üzvləri ilə söhbət edərək onlara “Rovaç” ləqəbli atına həsr etdiyi repin disklərini və digər hədiyyələri təqdim edib.

Prezident alqış sədaları altında bəyaz atın belində manejdə bir neçə dövrə vurub.