İcra başçısı turistlərlə qartopu oynadı, ox atdı - FOTOLAR

Qubanın icra başçısı Ziyəddin Əliyev bu gün rayona gələn turistlərlə görüşüb.

Sherg.az "Yeni Sabah"a istinadən xəbər verir ki, icra başçısı turistlərdən Quba ilə bağlı təəssüratlarını soruşub, onların problemləri ilə maraqlanıb.

Görüş maraqlı anlarla yadda qalıb. Belə ki, Z.Əliyev turistlərlə qartopu oynayıb, ox atıb.