İstanbulun ilk afrikalısı kəşf edildi

 Mədəniyyətlərin beşiyi sayılan İstanbulun  Büyükçekmece gölü ətrafında 10 il əvvəl başlanan Bathonea arxeoloji qazıntıları 2020- ci ilə böyük bir kəşflə daxil olub.


(Afrikalı kəlləsi  (soldakı), digərindən aydınca fərqlənir)

Sherg.az türk mediasına istinadən xəbər verir ki, 2008 - 2009-cu illərdə dünyanın ən böyük arxeoloji kəşflər sırasında daxil olan Bathonea  qazıntıları zamanı təxminən 1000 il öncə Afrika qitəsindən gəldiyi iddia olunan bir insan skeletinə rast gəlinib. Skeletin başının sümük karkası və digər bədən sümüklərinin üzərində aparılan  araşdırma zamanı insanın kölə olmadığı, öz əcəli ilə öldüyü bildirilir.

Turan