Türkiyədə inanılmaz hadisə: 71 yaşlı futbolçunu transfer etdilər - VİDEO

Türkiyədə həvəskar futbol liqasında maraqlı hadisə baş verib.

Keçən mövsüm Mardinin "Kızıltepe Genclerbirliği” klubunda çxış edən 71 yaşlı futbolçu Şerif Kunt Ərzurumun həvəskar klublarından olan "Harp-iş spor”a transfer olunub. 1967-ci ildən etibarən aktiv futbolla məşğul olan 71 yaşlı Şerif Kunt bu gün ilk oyununa çıxıb.

Qeyd edək ki, qocaman futbolçu yeni klubu ilə bir illik müqavilə imzalayıb.