İtlər də koronavirusa yoluxmanı müəyyən edə bilirlər.
“Sherg.az” Fransanın “www.sciencesetavenir.fr"ə istinadən xəbər verir ki, Eliot, Labrador Marvel və digər üç Malinasiyalı və Alman çoban iti kimi tanınan köpəklər, Yeni Akvitinadakı milli jandarma ittifaqı və Gironde yanğınsöndürənləri, 4 yanvar tarixindən bəri Bordo yaxınlığında “Libourne”'da məşq edirlər. Bir sözlə, həmin itlərə təlim keçilir.
Təlimlər Bordo Universiteti Xəstəxanasının koordinasiya etdiyi işin bir hissəsidir. Bu itlər koronavirusa yoluxmaş insanın qoltuq alıtndan götürülmüş tər vasitəsilə insanın virisa yoluxub- yoluxmadığını müəyyən edəcək. “Ceva” heyvan sağlamlığı ilə əlaqəli olan Bordo Universiteti Xəstəxanasının yoluxucu xəstəliklər üzrə mütəxəssisi Tyeri Piston dünya miqyasında 5-ci yerdə qərarlaşan fransız baytarlıq laboratoriyasında hazırlanan layihəni mətbuata təqdim edib.
“Maisons-Alfort” Milli Baytarlıq Məktəbinin professoru Dominik Grandjan qeyd edir ki, köpəklər ortalama olaraq Covid-19 testi pozitiv çıxanın 95 faizini aşkar etməyi bacarır:
“Bu metod xüsusilə Korsikada sınaqdan keçirilir və layihə rəhbərlərinə görə 40 ölkə mövzu üzərində işləyir".
Altı, səkkiz həftə müddətində həftədə dörd dəfə məşq etdikdən sonra itlərin qabiliyyəti nəzərdən keçiriləcək. Məqsəd onların performanslarını, xəstəliyin müxtəlif sahələrinə aid müxtəlif növ nümunələrdə, yəni ciddi və ya qeyri-ciddi formaları, yoluxucu və ya daha az yoluxucu, simptomatik və asemptomatik subyektləri, eyni zamanda bir variantla yoluxmuşları tutma qabiliyyətlərini yoxlamaqdır.