14 il sonra öz təyyarəsini düzəltdi

ABŞ-da aviasiya muzeyini ziyarət etdikdən sonra öz təyyarəsini yaratmağa qərar verən Karl Fredrix Smidit ən böyül xəyalını gerçəkləşdirib. O, hazırda özü düzəltdiyi təyyarəni idarə edir.
"Sherg.az" "Cnnturk.com"a istinadən bildirir ki, Almaniyanın Rommelsbak qəsəbəsində yaşayan Karl düzəltdiyi təyyarəni uzun illər davam edən zəhmətdən sonra uçurmağı bacardı.
Onun təyyarələrə marağı 2006-cı ildə ABŞ-da gəzdiyi aviasiya muzeyindən sonra yaranıb. Bundan sonra öz təyyarəsini istehsal etməyə qərar verib.
14 ildir təyyarə düzəltmək üçün mübarizə aparan Karl "Bir insanın öz təyyarəsi ilə uçması çox gözəl bir hissdir" söyləyib.