Kurioz! 15 il bir gün belə işə getmədən maaş aldı

İtaliyada Salvator Skumans adlı şəxsin 15 il işə getmədən 538 min avro maaş aldığı ortaya çıxıb. Hadisə "Ciaccio" xəstəxanasında baş verib.
"Sherg.az"ın türk mediasına istinadən xəbərinə görə, S.Skumans 2005-ci ildə xəstəxana müdirini şantaj edərək, işdə olmaması üçün intizam hesabatı verməməsini tələb edib.
Xəstəxana müdiri təqaüdə çıxdıqdan sonra isə Skumanın fırıldağı ortaya çıxıb.
Başlanan istintaqlar nəticəsində 2020-ci ilin oktyabrında rəsmi olaraq işdən çıxarılan Skumanın işə getmədən 15 il müddətinə 538 min avro maaş aldığı bəlli olub.
İtaliya mediasında "Davamiyyətsiz Kral adlanan Skuman "vəzifə səlahiyyətlərindən sui-istifadə" və "fırıldaqçılıq" maddələri ilə istintaqa cəlb olunub. Həmçinin baş verənlərə qarşı tədbir görmədikləri üçün şübhəli bilinən 6 nəfər həbs edilib.