Eyni anda 35 qadınla münasibət qurdu və məhkəməyə...

Yaponiyada hər birinə evlilik vəd edərək eyni vaxtda 35 qadınla əlaqəsi olan kişi həbs olunub.
"Sherg.az" türk mediasına istinadən xəbər verir ki, Takasi Miyaqaşa adlı şəxsin sevgililərindən hədiyyə almaq üçün hər birinə fərqli doğum tarixi söylədiyi ortaya çıxıb.
Marketinq şirkətində işləyən 39 yaşlı Takasi 35 qadına eyni vaxtda evlilik vədi verib.
Aldadıldığından şübhələnən bir neçə qadın şikayət etdikdən sonra polis Takasinin müvafiq yaşayış ünvanının olmadığını təyin edib. Lakin bir müddət keçdikdən sonra "dələduzluq" maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub.