Dünyada ilk! - Göydə hovuz tikildi

İngiltərənin paytaxtı Londonda dünyanın ilk şəffaf "göy hovuzu"u tikilib.
“Sherg.az” “Ntv.com.tr”yə istinadla bildirir ki, hovuz mayın 19-da istifadəyə veriləcək.
Londonun cənubundakı “Nine Elms” bölgəsində 10 mərtəbə yüksəklikdə, iki göydələn arasında yerləşən şəffaf hovuzun uzunluğu 25 metr, dərinliyi 3 metrdir.
Yerdən 35 metr yüksəklikdə tikilmiş hovuz insanlara “havada üzmək” hissi verməyi hədəfləyir. İnsanlar 35 metr aşağıya baxanda özlərini akvariumdaymış kimi hiss edəcəklər.