Bu ölkədə oğurluq yoxdur

Uzaq Şərqin 63 adadan ibarət olan Sinqapur dövləti, kiçik bir ada ölkəsi olsa da, zəngin iqtisadiyyatı ilə tanınır. Sinqapur həm də isti iqlimi sayəsində şimal ölkələrində yaşayanlar üçün bənzərsiz bir səyahət yeridir.
Bu kiçik ölkə maraqlı qadağaları və qaydaları ilə də çox populyardır.
“Sherg.az” “Milliyet.com”a istinadən Sinqapurdakı maraqlı qayda və qadağaları diqqətə çatdırır.

1.Sinqapur dünyanın ən güclü pasportlarına sahib ölkələrdən biridir. Siyahılarda Yaponiya ilə birinci yeri bölüşürlər. Yaponiya və Sinqapur pasportlu vətəndaşlar dünyanın 189 ölkəsinə vizasız səyahət edə bilərlər.

2.Ölkədəki ən maraqlı qadağalardan biri də saqqızın qadağan edilməsidir.
Saqqızın idxalı və satılması da bir cinayətdir. Buna yol verən şəxslərə 10 min dollar və 1 ilə qədər həbs cəzası tətbiq oluna bilər. Satılmasına icazə verilən yeganə saqqız apteklərdə satılan və diş həkimləri tərəfindən tövsiyə edilən tibbi saqqızlardır.

3.Qırmızı işıqdan keçmək, zibil atmaq və siqaret çəkmək böyük cərimələrlə nəticələnən cinayətlərdəndir. Qırmızı işıqdan keçməyə çalışsanız, 20 ilə 1000 dollar arasında cərimə və 3 aya qədər həbs cəzası ilə üzləşə bilərsiniz. Eyni cəzalar kiminsə “Wi-Fi” bağlantısının icazəsiz istifadəsi üçün tətbiq olunur.

4.Digər maraqlı qadağa budur ki, ailə qurmusunuzsa, 2 evin olması qadağandır. Evləndikdən sonra həyat yoldaşınızın və ya özünüz evini satmalısınız.

5.Sinqapurda avtomobil sahibi olmaq çox çətindir. İnsanların çoxu ictimai nəqliyyatdan istifadə etməyi üstün tuturlar.

6.Geyinib-soyunarkən evinizdəki bütün pərdələrin bağlı olduğundan əmin olmalısınız.

7.Ölkədə oğurluq yoxdur. Pul qabınızı və telefonunuzu bir yerdə unutmusunuzsa, saatlar keçdikdən sonra gedib eyni yerdə tapa bilərsiniz.