NASA Günəş sisteminin ən uzaq planeti olan Neptuna araşdırma vasitəsi göndərməyə hazırlaşır.
Kosmik agentliyin yaydığı sənədə əsasən uçuş 2031-ci ilə planlaşdırılır.
“Neptun Odyssey” missiyasının 3,4 milyard dollara başa gələcəyi və aparatın 2043-cü ilə qədər səkkizinci planetə çatacağı gözlənilir.
Kosmik səyahət Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkətinə məxsus olan “Space Launch System” və ya “Falcon Heavy” raketi ilə planlaşdırılır.
Günəş sisteminin ən uzaq planetini araşdırmaq üçün yeni missiyanın tarixin ən bahalı missiyası olacağı düşünülür.
Mənbə: Lenta.ru