8 yaşlı qız 18 asteroid aşkar edib

Braziliyalı 8 yaşlı Nikol Oliviera dünyanın ən gənc astronomu ola bilər.

"Sherg.az" “İndiatoday.in” istinadən xəbər verir ki,  azyaşlı qız NASA-ya bağlı bir proqram çərçivəsində asteroidlər axtaran, beynəlxalq seminarlara qatılan və ölkəsinin ən yaxşı kosmos və elm xadimləri ilə görüşən dünyanın ən gənc astronomu olaraq tanınır.

NASA proqramı ilə məşğul olan qız indiyədək 18 asteroid aşkar edib. Ekspertlər onların mövcudluğunu təsdiqləyiblər.

Qeyd edək ki, keçən il Oliveira elm naziri və astronavt Markos Ponteslə görüşüb. O, indiyədək kosmosa çıxan yeganə braziliyalıdır. 8 yaşlı qızcığaz asteroidlərə Braziliya alimlərinin və ailə üzvlərinin adlarını vermək istədiyini deyib.