Useyn Bolt haqqında bilmədikləriniz: “Məşqçim atama xəbərdarlıq edirdi ki...”

 
Dünyanın ən sürətli “sprinteri” olan Useyn Bolt oyun sevgisinin Olimpiya karyerasına necə təsir etdiyini izah edib.
“Sherg.az” xəbər verir ki, o bu barədə “BBC Sounds” podkastına-müsahibə verib.
Müsahibə zamanı məlum olub ki, idmançı atletikada olduğu kimi mobil oyunlarda da güclü rəqibdir. Useyn Bolt bildirib ki, e-oyunlar onun həyatının böyük bir parçasıdır və onu çox həyacanlandırır: 
“Bu oyunları öyrənmək və onlarda ən yaxşısı olmaq mənim üçün çox həyəcanvericidir. Ən əsası mənim üçün atletik oyunların ideyası eynidir. Sadəcə qazanmaq istəyirəm”.

İdmançı müsahibin sualına cavab olaraq deyib ki, “Mario Kart” oyunu onun çempion olmasına yardımçı olub. O, qeyd edib ki, indiki dövrdə böyüsə idi, yəqin ki, e-idmanla məşğul olardı:

“Balaca olanda oyunlara sevgim hədsiz idi. Bəzən elə vaxtlar olurdu ki, idman məşqlərimin əvəzinə internet klublara gedirdim. Hətta bu barədə məşqçim atama da xəbərdarlıq edirdi. Yəni deyə bilərəm ki, indiki dövrdə uşaqlığımı yaşasam , şübhəsiz e-idmanla məşğul olardım”.

H.Bolt hesab edir ki, belə oyunlar insan beynini yüngülləşdirir, başqa mövzu haqqında düşünmədən yalnız qazanmağa fokuslandırır.

Çimnaz ŞAHLAR