İlk sms hərraca çıxarıldı – Baha qiymətə satıldı 

Dünya tarixində ilk sms 1992-ci ildə "Vodafone"un direktoru Riçard Jarvisə Orbitel telefonu ilə göndərilən və "Merry Christmas" yazılan SMS Fransadakı “Aguttes” hərrac evində NFT (ticarət olunmayan sikkə) formatında hərraca çıxarılıb.
"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, tarixdə ilk mətn mesajını ötürən orijinal rabitə protokolunun yeganə rəqəmsal nüsxəsi texnologiya sənayesində çalışan naməlum kanadalı tərəfindən 107 min avroya alınıb.
Gəlir "Vodafone" tərəfindən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına bağışlanacaq.
NFT  "ticarət olunmayan token" mənasını verir, unikal rəqəmsal əşyaların alınmasına və ya satılmasına imkan verir və blokçeyndən istifadə edərək onların sahibini izləməyə imkan verir.
NFT texniki cəhətdən rəqəmsal hər şeyi, o cümlədən illüstrasiyalar, animasiya edilmiş GIF-lər, mahnılar və ya video oyunlardan alınan əşyaları əhatə edir.Bir il əvvələ qədər populyar olmayan NFT-lər müasir incəsənət bazarının yeni “qızıl toyuq”u kimi qəbul edilirdi.

Cəmilə ƏZİM