Yuxumuzu nizama salmağın vaxtıdır!

Pandemiya prosesində hər şey dəyişdiyindən yuxu rejimimiz də məhv oldu. Gecələr bitmirdi, səhərə kimi seriallara baxırdıq, səhərdən axşama tənbəllik edib yatırdıq. Hazırda normallaşma mərhələsindəyik. Biz də yuxu rejimimizi bərpa etməliyik. Beləliklə, yuxu rejimini təmin etmək üçün nə edə bilərik?

 "Sherg.az" xarici mediaya istinadən xəbər verir : Yataq yalnız yatmaq üçündür. Yataqda seriala baxmayın, başqa işlərlə məşğul olmayın. Sadəcə yatın. Yatmazdan əvvəl yemək yeməyin.Bir şey yemək istəyirsinizsə, qatıq yeyin və ya süd için.Gün ərzində qısa müddətli yatmağın faydalı olduğu bilinsə də bunun zərəri var. Əks halda sonrakı mərhələdə yuxu rejiminizi qurmaq çətinləşəcək.Yatmaq vaxtı gəldikdə otağın qaranlıq olmasına diqqət edin. Qaranlıq yerlərdə yuxu daha rahatdır. Bunun üçün qara fon pərdəsindən istifadə edə bilərsiniz. Belə ki, melatonin hormonu qaranlıqda daha yaxşı ifraz olunur. Şəkərli qidalardan və artıq karbohidratlardan uzaq durun. Şəkər və zərif karbohidratlar yemək gecələr oyanıqlığa səbəb ola bilər və yuxunun dərin, bərpaedici mərhələlərindən yayındıra bilər.Ən çətini hər gün eyni vaxtda yatıb oyanmaqdır. Ancaq bu ən vacib addımlardan biridir.Çünki sabitlik lazımdır. Bunu təcrübə etdikdə ilk bir neçə gün yata bilməmək normaldır.Onsuzda yata bilmirsən deyə yataqdan qalxma.

 Yuxu probleminiz xroniki xarakter daşıyırsa, mütəxəssisə müraciət etməkdən çəkinməyin. Çünki yuxu insanın həyatını davam etdirməsi üçün çox vacib bir addımdır. Yuxusuzluq piylənmə, yüksək xolesterol, yüksək qan təzyiqi, yüksək qan şəkəri və digər sağlamlıq problemlərinə səbəb ola bilər.