“Kədərlərin əri” rəsm əsəri hərracda 45,4 milyon dollara satılıb


İtaliyalı rəssam Bolttiçellinin “Kədərlərin əri” (Man of Sorrows) əsəri Nyu-Yorkda təşkil olunan hərracda 45,4 milyon dollara satılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evi məlumat yayıb. Qeyd olunur ki, əsər XIX əsrdən şəxsi kolleksiyada saxlanılırdı. Portretin sahibi onu 1993-cü ildə almışdı. Rəsm əsərinin təqribən 1500-cü ildə çəkildiyi ehtimal olunur.

“Kədərlərin əri” cəmi 7 dəqiqə ərzində satılıb. Onu alan şəxsin adı açıqlanmır.