KURİOZ! – Bu ölkədə qarğaları işə götürüblər – Necə və niyə? 

İsveç şirkəti küçə və meydanlardan siqaret kötüklərini toplamaq üçün qarğaları işə götürüb.

“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, “Corvid Cleaning” adlı şirkət işə götürdüyü qarğalara mükafat olaraq yem verir.

Şirkətin atdığı addım dünya mətbuatında böyük maraqla qarşılanıb. Hadisə İsveçin paytaxtı Stokholm yaxınlığındakı Södertalje bölgəsində baş verib. Qarğalar xüsusi hazırlanmış maşınlarda buraxdıqları hər siqaret kötüyünə görə mükafat olaraq yemək alırlar. 

Onlar küçələrin təmizlənməsi işini görürlər. Şirkətin qurucusu Kristian Günter-Hanssen, xərcləri azaltmaq üçün qarğaları öyrətdiklərini bildirib:

“Əslində, quşlar könüllüdür. İsveçdə hər il bir milyarddan çox siqaret kötüyü küçələrə atılır. Bu, ümumi tullantının 62 faizini əhatə edir. Onlar bu işi bir-birlərindən öyrənirlər. Qarğaların siqaret kötüklərini təsadüfən udma riski də azdır. Həmin tullantıların yığılmasının qiyməti 80 İsveç avrosu (12 ABŞ senti) və ya daha çoxdur. Amma qarğalar bu işi gördükdə dəyəri 20 avroya qədər düşə bilər”.

 Södertälje şəhəri küçələrin təmizlənməsinə 20 milyon isveç kronu xərcləyir. Təxminlərə görə, qarğalar şəhərdə bu xərci 75 faizə qədər azalda bilər.

Çimnaz Şahlar