Dünyada yalnız Kayseridə bitir

Çöl novruzgülü baş qaldırıb

Türkiyənin Kayseri bölgəsində yazın gəlişinin ilk əlaməti sayılan kırnavruzu – çöl novruzgülüsü baş qaldırıb. Bu çiçək yalnız Kayseri bölgəsinin Yəhyalı əyalətində bitir. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, çöl novruzgülünün çoxaldılması üçün Kayseri Təbiəti Mühafizə və Milli Parklar Müdürlüyü tərəfindən 2019-cu ildə xüsusi plan tərtib edilib.  

Plana əsasən çiçəyin təbii şəraitdə çoxalmasına mane olan otlar, bitkilər müəyyənləşib və çiçəyin yayıldığı ərazi təmizlənib. Məlum plan 2024-cü ilədək davam edəcək. 

Çiçəyin qorunması və təbii yolla çoxalmasına münbit şərait yaradılması məqsədilə bölgə məktəbləri də işə cəlb edilib, məktəblərə təlimatlar verilib. Çiçəyin toxumlarının toplanmasına başlanılıb. Həmçinin Kayseridə 1993-cü ildə kəşf edilib qeydiyyata alınmış Gökkız Çiğdəm və Quyruqlu Çiğdem (maqnoliya fəsiləsinə aiddir, zəfəran çiçəyinə də oxşayır) kimi nadir çiçək növləri də mühafizə altına alınıb.