Dünyanın ən zənginləri - “Forbes” onları sıraya düzdü



Məşhur “Forbes” dərgisi ənənəsinə sadiq qalaraq dünyanın ən zəngin insanlarının siyahısını açıqlayıb. 2022-ci ilin milyonçuları siyahısına təxmin edildiyi kimi "SraseX"-in qurucusu İlon Mask (Elon Musk) başçılıq edir.
Onun varidatı 219 milyard dollardır. Maskı 171 milyard dollarla  “Amazon”un sahibi Jeff Bezos təqib edir. Siyahıda Rihanna (1,7 milyard dollar), amerikalı reper Yay-Z, başqa bir reper Kaye West, aparıcı və yazar, həm də sahibkar olan Oprah Wenfrey, Hollivudun əfsanəvi rejissoru Stiven Spilberg, “Lucas Film” şirkətinin sahibi George Lucas da siyahıda yer alır.