Möcüzədir... - Bu ölkə 7 min 641 ada üzərindədir



   Filippin dünyanın ən böyük ikinci adalar qrupuna aid (birinci yerdə 17 min adayla İndoneziyadır), möcüzəli, cazibədar ölkədir. “Şərq” “Milliyet.com”a istinadən Filippinin möcüzələrini oxuculara təqdim edir. Dünyanın ən uzun yeraltı çayı – Puerta Princesa məhz Filippindədir. Bu çay St.Paul sıra dağlarının dərinliklərindən axır. Çayın keçdiyi ərazi Milli Parkdır. Çay dağların altıyla 24 kilometr məsafədə uzanır. Yeraltı çay turistlərin marağına səbəb olur və Filippinə səfər edənlər bu yeraltı çay boyu gəzməyincə ölkəni tərk etmirlər. 

Çay həmçinin UNESCO-nun Dünya Mirası siyahısına daxildir. Filippinin başqa ölkərlərdən fərqli flora və faunası var. Məsələn, məşhur Filippin qartalı donuz, ilan, yarasa, hətta meymun da ovlayır. Filippin qartalı dünyanın ən güclü və nadir quşlarından hesab edilir. Bu qartalı öldürməyə görə 12 il həbs cəzası var. Dünyada məşhur olan “Yo-Yo” oyuncağının müəllifliyi də filippinli iş adamı Pedro Edralin Floresə məxsusdur. Yo-yo Filippin dilində “geri dön” deməkdir. 

Bu, dünyanın hər yerində geniş yayılmış ipilə bir-birinə bağlanmış fırlanan iki diskdən ibarət oyuncaqdır. Tanıyanlar bilir. Filippin son 50 ildə dünyanın ən böyük vulkan püskürməsinə sahiblik edir. 1991-ci ilin 15 iyununda Filippində Pinatubo Dağında vulkan püskürüb. Nəticədə Hind okeanına tonlarla vulkanik kül tökülüb. 

Filippinin məşhur yeməyi isə soya sousu, sirkə, sarımsaq, dəfnə yarpağı və qara bibərlə buxarda və ya suda bişmiş (yağsız) bişmiş toyuq ətindən ibarət “adobo” adlı xörəkdir.