Van Dammın oğlundan romantik paylaşım - FOTO

Azərbaycanlı xanımla evlənən Van Dammın oğlu Kris Van Damm romantik paylaşımı ilə diqqət çəkib.
Oxu.Az xəbər verir ki, Kris sosial media hesabında həyat yoldaşı-azərbaycanlı pianoçu Suada Hacızadənin fotosunu paylaşaraq onunla bağlı fikirlərini bölüşüb.

“Bütün yaşadıqlarımdan sonra heç bilmədim ki tunelin sonundakı işıq sən olacaqsan ”, - deyə Kris əlavə edib.

Qeyd edək ki, Kris və azərbaycanlı pianoçu Suada Hacızadə ötən il nikah bağlayıb. Suada Hacızadə Prezident mükafatçısıdır, yeddi dəfə beynəlxalq musiqi müsabiqəsinin laureatı olub.

Sözügedən paylaşımı təqdim edirik: