İstəmədən özünə şillə vuranlar, hətta özünü öldürənlər: “Yad əl sindromu”

Təsəvvür edin ki, 2 əlinizdən biri sizin nəzarətinizdən kənar fəaliyyət göstərir. Sağ əlinizlə yemək yeyərkən sol əliniz qaşıqı yerə vurur, sizi incitməyə başlayır və s.

"Sherg.az" xəbər verir ki, əllərdən birinin özünü belə aparması nevroloji xəstəlikdir. Səbəb beynin sağ və sol yarımkürələrini birləşdirən strukturların zədələnməsidir.Beyin iki yarımkürədən ibarət olsa da, bu iki yarımkürəni birləşdirən strukturlar sayəsində bir-biri ilə daimi və qarşılıqlı əlaqədədir. Birləşdirici strukturlar zədələnərsə, iki yarımkürə arasındakı əlaqə kəsilə və bir sfera şüurlu, digəri isə bizim iradəmizə zidd hərəkət edə bilər. 
Bəzi ekstremal hallarda bu sindromdan əziyyət çəkən şəxslərin sevmədiyi insanlara “ixtiyari olaraq” hücum etdiyi, hətta özünə nifrət edən və ya depressiyaya düşən xəstələrin “ixtiyari olaraq” özünü öldürməyə cəhd etdiyi də müşahidə edilib.