84 yaşlı kişidən inanılmaz əməl: həyat yoldaşı ilə danışmamaq üçün 62 il... - KURİOZ!

 ABŞ-ın Konnektikut ştatında 84 yaşlı kişi həyat yoldaşı ilə danışmamaq üçün 62 il ərzində özünü kar və lal kimi göstərib.
 “World News Daily Report”da yer alan xəbərə görə, 84 yaşlı Barri Dauson illərdir həyat yoldaşı Dorotiyə bir kəlmə də olsun deməyib. Cütlük birlikdə altı uşaq böyüdüb, 13 nəvə sahibi olsa da, illərdir heç kim bu həqiqəti bilməyib. Arvadı  onunla ünsiyyət qurmaq üçün hətta işarə dilini də öyrənib.Lakin Barri Dausonun karaoke ifa edib  "YouTube" a yerləşdirməklə özünü ələ verib. Həyat yoldaşı Doroti həqiqəti öyrəndikdən sonra onunla boşanmaq qərarına gəlib.
[15:22, 14.07.2022] GünəşK: Məhkəmə zamanı B.Dausonun vəkili müvəkkilinin niyyətinin arvadını incitmək və ya aldatmaq olmadığını bildirib və deyib: “Müvəkkilim çox sakit adam arvadı isə bezdirici dərəcədə çoxdanışandır. Özünü kar kimi göstərməsəydi, 60 il əvvəl boşanacaqdılar. Əslində, o, bunu bir növ həyat yoldaşı və ailəsi üçün edib".Cütlük məhkəmədə üz-üzə gəldikdə zərərçəkmiş həyat yoldaşı B.Dausondan yaşadığı stressə  görə ondan  maddi təzminat və bütün mal-mülkünün yarısını  tələb edib.