Hərəkət edən daşlar

Trovant daşları bütün dünyanın diqqətini çəkir
  Hərəkət edə bilən, böyüyən və “doğan”  Trovant daşları bütün dünyanın diqqətini çəkir. Yalnız Rumıniyada yerləşən və UNESCO tərəfindən qorunan bu daşlar min ildə cəmi 5 santimetr böyüdüyü üçün uzun bir tarixə malikdir. Alimlər bu daşların sirrini açmaq üçün çalışırlar. 
  "Şərq" xəbər verir ki, canlı daşlar adlanan Trovant daşları Rumıniyanın paytaxtı Buxarestdən təxminən 80 kilometr qərbdə, Kosteşti adlı kiçik Rumın kəndində yerləşir.
  Dönüşüm prosesini çınqıl kimi başlayan və min ildə təxminən 5 santimetr böyüyən Trovant daşları, bitki və məməli həyatını təqlid edən unikal mineral quruluşa malikdir. Daşlar bitki toxuması kimi böyüyür və məməlilər kimi yeni daşlar "doğur".
  Rumıniya Geologiya İnstitutundan dr. Mirça Tikleanu mövzu ilə bağlı bunları söyləyib: "Rumıniyadakı trovanların çox fərqli yaşları var. Trovanlar sadəcə olaraq görünmür; onlara təbii qabarıqlıqlara çatan müxtəlif geoloji dövrlərin qum kütlələrində və ya qum ocaqlarında rast gəlinir".
  Tikleanu, "trovant" sözünün ilk dəfə Rumıniyadan geoloji ədəbiyyatda istifadə edildiyini söyləyib. Kosteşti bölgəsinə gələn ziyarətçilər yağış suyunun varlığında zamanla yavaş-yavaş böyüyən çoxlu sayda trovant daşları kəşf ediblər.
  Trovant daşları yağış suyunun tərkibindəki minerallarla daşın içərisində təzyiq əmələ gətirən reaksiya yaratdıqda böyüyür və çoxalır. Ağacların ətrafındakı halqalar kimi, trovanlar da kəsildikdə, hər biri böyümə dövrünü yaşayır.
  Trovant daşları elmi cəhətdən canlı olmasa da, zaman keçdikcə dəyişdiyi üçün həm yerli sakinlər, həm də turistlər onları canlı daşlar kimi qələmə verirlər.
  Digər tərəfdən, Kosteşti trovan daşlarının tapıldığı tək yer deyil; Rumıniyanın fərqli bir bölgəsi olan Karpat bölgəsində də rast gəlinir. Lakin Karpatda tapılan daşlar Kosteştidəki daşlar qədər böyük deyil.
Qeyd edək ki, bu daşlara yalnız Rumıniyada rast gəlinir. Trovant daşları 2004-cü ildə Rumıniyanın Valça qraflığındakı Trovans Muzeyi Təbiət Qoruğu kimi YUNESKO tərəfindən qorunur.