Yuxunun bilmədiyiniz faydaları!

Tədqiqatçılar yuxuya vaxt ayırmağın beynimiz üçün faydalı olduğunu deyirlər. Məlum olub ki, gün ərzində yatanların beyni 15 kubsantimetr böyükdür. Bu isə o deməkdir ki, qocalma 3-6 il gecikir. Ancaq alimlər yuxu vaxtının yarım saatdan az saxlanmasının lazım olduğunu bildirirlər. Araşdırmaya rəhbərlik edən alimlərdən biri Dr. Victoria Garfield nəticələrin onu təəccübəndirdiyini bildirib. İş həyatı əksər insanlar üçün belə bir fürsətin yaradılmasına imkan vermir. Amma gün ərzində yatmağın çəki atmaq və ya idman etməkdən daha asan bir üsul ola biləcəyi ifadə edildi.
Gün ərzində yatmaq körpəlikdə beynin inkişafı üçün çox vacibdir, ona görə də yaşlandıqca bu təcrübədən imtina edilir. Daha çox yaşlanan insanlarda yatma vərdişi geri qayıdır. Yaş artdıqca beyin təbii ki, kiçilir. Tədqiqatçıların fikrincə, az yatmaq zamanla beyin və beyin hüceyrələrinə zərər verir.

Mənbə: NTV