ABŞ Cənubi Qafqaza diqqətini Ermənistanın təklifləri ilə ölçməyəcək - Asəf Quliyev
Yusif Nəzərli
09:24 26.03.2025
Aktual
680
Amerikanın Ermənistanla münasibətləri Azərbaycan-ABŞ əlaqələrinə təsir göstərməyəcək
ABŞ Prezidenti Donald Tramp administrasiyası Cənubi Qafqaz regionuna üstünlük vermir. Vaşinqton bütünlüklə iki prioritet üzərində cəmlənib: birincisi Ukraynadakı münaqişənin həlli, ikincisi Yaxın Şərq. Bunu Ermənistanın Mədəniyyət və Elm Tərəfdaşlığının üzvü Kristin Arakelyan deyib.
O bildirib ki, öz növbəsində Yaxın Şərqdə iki məsələ var: biri Qəzza və İordan çayının qərb sahili ilə, digəri isə İranla bağlıdır. Ermənistan mövcud prioritetlərə uyğunlaşmağa çalışmalı və onunla əməkdaşlığın ABŞ prioritetlərini irəli apara biləcəyini iddia etməlidir. Məsələn, Tramp administrasiyası indi İranla dialoq imkanları axtarır. Məlumat yayılıb ki, Putin ABŞ hökumətinə İranla danışıqlarda vasitəçilik təklif edib. İranla danışıqlar İsrailin təcavüzkar siyasətinə qarşı tarazlıq yaratmaq üçün vacibdir, çünki İsrail açıq-aşkar ABŞ-ı müharibəyə sürükləməyə çalışır. Sual olunur: niyə İranla danışıqlarda vasitəçi olmaq təklifi Ermənistanın özündən deyil, Rusiyadan gəlir?. Onun sözlərinə görə, İrəvan Rusiya və Çinlə münasibətlərdə ABŞ üçün əhəmiyyətini hələ də Vaşinqtona nümayiş etdirməyib: "Tramp administrasiyası Kissincer strategiyasını həyata keçirməyə çalışır, ona görə də gəlin, tərs Kissincer strategiyasından başlayaq, yəni Çini zəiflətmək üçün Rusiyaya baxmaq. Məsələ ondan ibarətdir ki, Ermənistan necə bunun mühüm tərkib hissəsinə çevrilə bilər. Hazırda Gürcüstanda həlledici rolu öz üzərinə götürən Çinə qarşı Azərbaycan və Türkiyə həmrəydir. Ona görə də Ermənistan bu məsələni həll etməli və Amerika administrasiyası ilə işləməlidir. Məsələn, Konqo Demokratik Respublikası ABŞ-a nadir torpaq metalları ilə bağlı sazişi nəzərdən keçirməyi təklif edib. Bildiyimə görə, İrəvan ABŞ hökumətinə Zəngəzura diqqət yetirməyi və nadir faydalı qazıntıların çıxarılmasında əməkdaşlıq etməyi və ya Mərkəzi Asiyadan nadir mineralların Ermənistan ərazisindən keçməklə Avropa və Amerika bazarlarına çatdırılması imkanlarını nəzərdən keçirməyi təklif etməyib".
Araşdırmaçı-jurnalist Asəf Quliyev “Sherg.az”a bildirib ki, Ermənistan təkcə hazırki dönəmdə deyil, həmişə Amerika Birləşmiş Ştatlarının və Avropa İttifaqının diqqətini cəlb etmək üçün müxtəlif addımlar atıb:
“Yəni Ermənistanın Amerika və Avropada maraqlarını təmin etməyə səy göstərib. Ermənistan hökümətinin ortaya atdığı təkliflər növbəti addımlardan biridir. Ermənistan sözügedən təklifləri ABŞ-yə etməzdən əvvəl də Amerika Birləşmiş Ştarlarının maraq dairəsində olan ölkə idi. Bunun isə erməni lobbisi kimi müxtəlif səbəbləri mövcuddur. Hazırda Ermənistan yeni təkliflə çıxış edir. Lakin Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaza diqqəti bununla ölçülməyəcək. Ermənistana hansısa diqqətin ayrılması mümkün olsa da, Cənubi Qafqaza münasibət fərqlidir. Amerika Azərbaycan, Ermənistan və Gürcüstan dövlətlərinin hər biriylə fərqli müstəvidə münasibətlər qurur. Sual yarana bilər ki, Amerika-Ermənistan münasibətləri Azərbaycan-ABŞ əlaqələrinə hansı təsirlər edə bilər? Güman edirəm ki, Amerikanın Ermənistanla münasibətləri Azərbaycan-ABŞ əlaqələrinə təsir göstərməyəcək. Çünki Amerikanın Azərbaycanda özəl maraqları mövcuddur. Həmin maraqların təmin olunması üçün Azərbaycan vaxtaşırı addımlar atır və ikitərəfli münasibətlərin normal səviyyədə qurulmasına çalışır. Ermənistanın Rusiyadan qırılmaq istədiyi bir dönəmdə Amerikadan diqqətin azalması onun üçün öldürücü ola bilər. Buna görə də Ermənistan Amerika tərəfindən ona qarşı marağın azalmaması üçün səy aparır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region