Ərdoğan açıqladı: Türkiyə vaksininin adı “TurkoVac”dır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə istehsal edilən yerli vaksinin adının TurkoVac olduğunu açıqlayıb. Ankarada təşkil edilən Covid-29 vaksinasiyasının 3-cü fazasına onlayn formatda qatılan cümhurbaşqanı yerli peyvənd müjdəsi də verdi.
Ərdoğan iştirakçıları salamladıqdan sonra icra olunan 3-cü faza peyvəndləmə kampaniyası ilə yeni bir dönəmin başladığını, bir neçə  həftə sonra 18 yaşdan yuxarı olanların peyvəndlənməsinə başlanacağını bildirdi. 
Ərdoğan qeyd edib ki, pandemiyanın nə qədər davam edəcəyi bəlli deyil. Bu səbəbdən də ən doğrusu yerli peyvəndlərə sahib olmaqdır.
Türkiyə yerli peyvənd istehsalında son mərhələyə daxil olub və bu, çox əhəmiyyətli və vacib bir məsələnin həll olunması deməkdir.