Qarpız kəsdim yeyən yox!- “Dərmanla yetişdirilir”

“İndi satışda olan qarpızı havayı da olsa alıb uşaqlara verməsəniz yaxşıdı...Zəhərlənmələr var”.
Bu sözləri həkim-pediatr Vaqif Qarayev deyib.
 Qida təhlükəsizliyi eksperti Vahid Həsənovun bu barədə “Sherg.az”a söylədikləri də həkimin fikirlərini təsdiq edir:
 “Mən əslən Sabirabaddanam. Yaxşı bilirəm ki, qarpız fəsli iyulun sonu- avqustun əvvəlindədir. İndi satışda olanlar isə süni formada yetişdirilir. Və elə olur ki, qarpız sezonu başlayanda insanlar doymuş olurlar. Süni yetişdirilmiş qarpızla təbiisini vizual formada fərqləndirmək mümkün deyil. Sadəcə insanlar əsl qarpızın satışda olduğu vaxtı bilməlidirlər”.