Korona yaşlanmanı sürətləndirir

Araşdırmaya görə xəstəliyi keçirən insanların beyin və  yaddaşında dəyişiklik baş verir

İngiltərədə aparılmış bir araşdırmaya görə, "Covid-19" beyinin daralmasına səbəb olur.  "Şərq" xarici mətbuata istinadən xəbər verir ki, aparılan araşdırma zamanı məlum olub ki, koronavirusdan əvvəl və sonra insanların beyin görüntüləri fərqli olur. Tədqiqat zamanı 45 min insanın beyin görüntüləri analiz edilib. Araşdırma nəticəsində yoluxanlarla yoluxmayanlar arasında əhəmiyyətli fərqlərin olduğu görülüb.

Bu fərqlərin daha çox beyində məlumatı işləyən neyronlardan ibarət boz maddə adlanan toxumada olduğu müəyyən edilib. Müayinə nəticəsində frontal və temporal loblar olaraq bilinən beyin bölgələrindəki boz maddə toxumasının qalınlığının digər qrupa nisbətən "Covid-19" olan qrupda daha incə olduğu görülüb. Tədqiqatçılar xəstəxanaya yerləşdirilən ağır xəstələrlə daha yüngül bir koronavirus xəstəsi olanları müqayisə etdikdə nəticənin eyni olduğunu aşkarlayıblar. 

Yəni çox ağır koronavirusu olan və ya xəstəxanaya yerləşdirilən insanların beyin həcmindəki dəyişiklik, yüngül koronavirusu olan insanlarda da eynidir. Ümumiyyətlə, mütəxəssislərə görə, insanlar yaşlandıqca zamanla boz maddə kimi tanınan sahənin həcminin dəyişməsi olduqca normaldır.

 Ancaq normal olmayan şey, bu araşdırmada müşahidə olunan insanların beyin həcmindəki dəyişikliyin koronavirus səbəbiylə normadan daha böyük olmasıdır. Xülasə, koronavirusa yoluxmuş insanlar bu xəstəliyi yüngül şəkildə keçirməsinə baxmayaraq beyin həcmində itkilərin olduğu müəyyən edilmişdir. Bəs beyin həcmindəki dəyişiklik nə deməkdir? Tədqiqatçılara görə, "Covid-19"-dan təsirlənən bütün beyin bölgələri qoxu ilə əlaqədar siqnal ötürən beynin ön hissəsinə yaxınlığında olan qoxu ampulu ilə bağlıdır. Açıqlamaya görə, yaddaş və idrak proseslərindəki hipokamp vəziyyətini nəzərə alsaq, tapıntıların insanların yaşlanma prosesində əhəmiyyətli rol oynayacağı ehtimalı yüksək görünür. 

Bu araşdırma zamanı əhəmiyyətli bir nöqtə olan insanların qoxu hissinin itkisinə necə təsir edəcəyi ilə bağlıdır. Çünki Alzheimer araşdırması üçün qoxu hissi də vacibdir. Bəzi məlumatlar, xəstəlik riski olanların qoxu hissinin azaldığını da irəli sürür. Bu vəziyyət COVID-19 ilə əlaqədar dəyişikliklərin uzunmüddətli təsiri haqqında hər hansı bir nəticə çıxarmağın hələ tez olduğunu göstərir. 

Ancaq "Covid-19" ilə əlaqədar beyin həcmi ilə beyin və yaddaşdakı dəyişikliklər arasında mümkün əlaqələrin araşdırılması xüsusilə önəmlidir. Çünki cavabsız suallar da tapıntılar qədər vacibdir.