Hər bir insan koronavirusa yalnız bir dəfə yoluxa bilər

Odur ki, peyvəndin hər 6 aydan bir dövrü təkrarlanması doğru deyil

Bəzi ekspertlər düşünür ki, ilkin peyvəndlənmədən 6 ay sonra yenidən vaksinasiya olunmaq lazımdır. Bu da il ərzində 2 dəfə peyvənd vurdurmağın lazım olduğunu göstərir. Araşdırmalar isə göstərir ki, əksər peyvəndlər ən azı 10 il öz təsirini saxlayır, bir qrupu isə hətta ömürlük olur. Təbii ki, peyvəndin təsir müddətinin azlığı dövlətlərin iqtisadi imkanlarına da təsirsiz qalmır. COVİD 19 əleyhinə vaksinasiya hər altı aydan bir təkrar olunmalıdırmı?

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Musa Qəniyev "Şərq"ə açıqlamasında  deyib ki, hər bir insan, son nəticəsi naməlum olsa da ən ağır virus infeksiyasına, o cümlədən klinik formasından asılı olmayaraq, "Covid-19"-a yalnız bir dəfə yoluxa bilər. Professor qeyd edib ki, çünki ilkin yoluxma və ya  peyvəndləmə halında bu virusun sürət əksi əbədi olaraq hüceyrə yaddaşına həkk olunur: 

"Odur ki, bütün təkrari  yoluxmalarda istənilən şəxs bu infeksiyaları yalnız və yalnız hər il təkrarlanan fəsli infeksiya, yəni yüngül formada keçirməlidir, xüsusən də bu infeksiyanı keçirib sağalan insanlar. Odur ki, peyvəndin hər 6 aydan bir dövrü təkrarlanmasının zərurət olması fikri heç bir halda normal insan təfəkkürünün məhsulu ola bilməz. Məsələn, hər il guya, qripin yeni ştammının əmələ gəlmə ehtimalına və ya bu ehtimalının həqiqət olmasına görə, insanlara qrip əleyhinə vaksin vurulması tövsiyə olunur. Məgər, qrip əleyhinə vaksin vurdurmayan, lakin mövsümü qripə yoluxan və ciddi yanaşı xəstəliyi olmayan bir kimsə, qripdən ölüb? Şəxsən mən, belə bir halın olduğunu bilmirəm. Bilirsizsə, siz söyləyin. Bir də ki, “başbilənlər”, yəni ÜST, bunu "Covid-19" pandemiya halını alandan sonra qripin bir xəstəlik olaraq 98 faiz azalması ilə əlaqələndirirlər. Vallah, bunu oxuyanda, insan dəli olmamaq üçün yalnız diz çöküb ulu tanrıya yalvarmalıdır. Bilirsiz, insanlara kütlə psixologiyası aşılamaq mümkündür. Lakin idrakı təfəkkürü kütlə təfəkkürünə döndərmək mümkün deyildir". 
 
M.Qəniyev onu da qeyd edib ki, "Covid-19"-dan qorxmaq lazım deyil: 

"Çünki o, bizim ölkəmiz və xalqımız üçün milli faciə kimi dəyərləndiriləcək “bəla” deyil. "Covid-19"-un istənilən klinik formasını, zamanından asılı olmayaraq keçirmiş insan, bu infeksiyaya dəfələrlə yoluxsa belə, bu halda letal sonluq yalnız və yalnız sıfırdır. Övladlarınızı tək "Covid-19"-dan deyil, istənilən viral infeksiyadan qoruyun, lakin onların "Covid19"-a yoluxma ehtimalına görə stress, gərginlik və ruhi sarsıntıya  düşməyin. Bu infeksiyanın 11-12 yaşına qədər uşaqlar üçün heç bir qorxusu yoxdur. 19 yaşına qədər uşaqlara isə qorxusu yalnız nisbidir. Yəni onlar xəstələnsə də, bu infeksiyanı yalnlz “öskürək və asqıraqla” keçirəcək".

Tibb elmləri doktoru uşaqların vaksinasiya olunmasının əleyhinə olduğunu deyib: 

"Bir halda ki, məlum yaş qruplarında olan uşaqlarda yoluxma minimal, letallıq sıfra bərabərdir, məgər bu halda peyvənd lazımdırmı? Mən uşaq, yeniyetmə və gənclərə hazırda "Covid-19" əleyhinə peyvənd vurulmasının qəti əleyhinəyəm. Bunu yalnız illər sonra, yəni peyvəndin inkişaf edən orqanizmə mutagen, kanserogen və sair kimi mənfi təsirinin olmaması eksperimental və klinik müşahidələrdə tam təsdiqini tapdıqdan sonra etmək olar. Yəni hazırda məlum yaş qrupunda olan uşaqlara kütləvi şəkildə peyvənd vurdurmaq məsləhət deyil.  Bir də çox istərdim ki, peyvəndə əks göstəriş olan protokollara belə bir bənd də əlavə olunsun: ağır qaraciyər xəstəliyi olan şəxslərə, "Covid-19" əleyhinə peyvəndlərin vurulması əks göstərişdir. Çünki "Covid-19"-un spayka zülalı - SHCO-14-ü, immun sistem yoluxmanın ilkin mərhələsində tanınmadığına görə, onu inaktivləşdirməyə qaraciyərdə mikrosomal fermentlərdən biri yox, orqanizmin hiperaktivlik halında, bu fermentin məlum beş subvahidi birdən “hücum” edir. 

Bu hal qaraciyərin ağır patologiyaları zamanı onun tükənməsi, hətta nadir hallarda olsa belə, “serrozu”na da səbəb ola bilər".