Peyvənd olunanlarda arxayınçılıq yaranıb


Mütəxəssislər xəbərdar edir ki, maska mütləq vacibdir

Mütəxəssislər peyvənd olunanlarda özündən razılığın artdığını deyib. 
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər bildiriblər ki, bütün xəbərdarlıqlara baxmayaraq, izdihamlı küçələrdə maska taxmayanların sayı artıb. Maskalardakı etimadsızlığın təhlükəsinə diqqət çəkən Dr. Hakan Oğuztürk  peyvənd edilsə belə, epidemiya bitənə qədər insanların maska taxmalı olduğunu vurğulayıb: "Sosial həyatda maska pozuntularının sayı artıb. Bütün xəbərdarlıqlara baxmayaraq, izdihamlı küçələrdə maska taxmayan və ya yanlış maskadan istifadə edənlər var".
 Koronavirusun təsirlərinin hələ də davam etdiyini vurğulayan mütəxəssis maska arxayınçılığına qarşı xəbərdarlıq edib: "Açıq bir sahə olsa belə, əgər orada sıx bir mühit varsa maska taxılmalıdır. Qapalı yerlərdə maska taxmaq bizim əsas şərtimiz olmalıdır. Xəstəliyi yaymamaqdan ötrü ən vacib yol yoluxmamaq üçün maska taxmaq, şəxsi məsafəyə diqqət yetirmək və gigiyena qaydalarına riayət etməkdir".