Vaksinlər ən yaxşı halda 8 ay qoruyur


Ona görə də üçüncü doza ilə immunitetin bir az daha gücləndirilməsi faydalıdır

"Covid-19"a qarşı hazırda dünyada istifadə olunan vaksinlərin hansı müddətə qoruyucu olması ilə bağlı ilk dövrlər məlumat yox idi. Amma aparılmış müxtəlif klinik araşdırmalar onu göstərdi ki, vaksinlər ən yaxşı halda 6-8  ay müddətində qoruyucudur".
 Bu fikirləri "Şərq"ə açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib. Onun sözlərinə görə, bəzi vaksinlərin individual orqanizmin reaksiyasından asılı olaraq 3 ay müddətindən qoruyuculuğu bitmiş olur və qoruyuculuq zəifləməyə başlayır: 

"Bu səbəblər bizə əsas verir ki, üçüncü doza ilə immunitetin bir az daha gücləndirilməsi yenidən aktiv vəziyyətə gətirilsin. Xüsusilə də xəstəlik üçün həssas təyin etdiyimiz risk qrupunda olan şəxslərə. Bunlar yaşlı, müxtəlif xroniki xəstəlikləri olan, şəkərli diabet  və digər yanaşı xəstəlikləri olan vətəndaşlarımızdır ki, onlara üçüncü dozanın vurulmasını şiddətlə tövsiyə edirik. Aparılmış çalışmalar onu göstərir ki, ilk iki dozasından 3-6 ay keçmiş şəxslər üçüncü  buser gücləndirici dozanı tətbiq etdikdən sonra həqiqətən də onların immuniteti yüksəlib, habelə xəstəliyə yoluxma və ağır keçirtmə riski təxminən 20 dəfəyə qədər artıb".