Koronavirus 2022-nin ortalarında bitəcək
“COVİD-19”un taleyi artıq bu şəxsə “bağlı” görünür. Hamıdan, hər kəsdən çox dünya məhz onun açıqlamalarını gözləyir. Bill Geyts – koronavirus açıqlamaları ilə yenə təəccübləndirməyi bacarıb. Və dünya əhalisinin həsrətlə gözlədiyi xəbəri verib: koronavirus 2022-nin ortalarında bitəcək. B.Geytsin 2015-ci ildə səsləndirdiyi “pandemiyalara hazır deyilik” fikri 2019-dan bu yana təsdiqini tapdığı üçün hər kəs onun proqnozlarına inanır.
B.Geyts növbəti açıqlamasında koronavirusun bitəcəyi tarixi açıqlayaraq deyib ki, pandemiya 2022-ci ilin ortalarından etibarən sönməyə doğru gedəcək, ölüm və yoluxma faizləri hiss ediləcək səviyyədə aşağı düşəcək.
Geyts 2022-ci ildə koronavirusun təhlükəli variantlarının ortaya çıxacağına inanmadığını, koronavirusun artıq mövsümü qrip səviyyəsinə enəcəyini deyib.
B.Geyts koronavirusa qarşı immunitet yaranması üçün peyvəndlərlə yanaşı dərmanların da istehsal edildiyini bildirib:
“Peyvənd və dərmanlar sayəsində ölüm hallarının çox aşağı səviyyədə olacağını təxmin edirəm”. Həmçinin B. Geyts vurğulayıb ki, dünya gələcəkdə yeni pandemiya təhdidlərinin qarşısını almaq üçün qrip virusunun ortadan qaldırılmasına çalışmalıdır.