İstifadə etməyin: Koronavirusa qarşı  “Favipravir”  dərmanı təsirsizdir


Pandemiyanın başlanğıcından COVİD-19-un  müalicəsində təyin edilən “Favipravir”  dərmanın təsirsiz olduğu müəyyənləşib. Bu nəticəyə preparat üzərində aparılan klinik araşdrımalardan sonar gəlinib. CNN Türk xəbər verir ki, analizlərin nəticəsi mənfi olduğundan, dərmanın COVİD-19-a qarşı istifadədən çıxarılması tələb edilir. Adıçəkilən dərman preparatı ABŞ, Meksika və Braziliyada COVİD-I  yüngül və orta ağırlıqda keçirmiş 1231 xəstə üzərində klinik araşdırma aparılıb. 

Məlum olub ki, virusa yoluxmuş bu insanların müalicəsində dərmanın heç bir təsiri olmayıb. Koronavirus Elmi Mərkəzinin üzvü, doktor ŞimşəkYavuz şəxsi Twitter hesabında dərmanın təsirsiz olduğunun müəyyənləşdiyini qeyd edib. “KLİMİK” Dərnəyi İdarə Heyətinin üzvü professor Öndər Ergönül isə bunları deyib:

 “Favipravir” təsirli olsaydı, Türkiyədə xəstəlikdən ölənlərin sayı da az olardı. Bu dərman insanda koronavirus təsbit edilən kimi evlərə daşınır. Ancaq buna rəğmən ölüm faizi yüksəkdir. Biz 1 ildir bu dərmanın təsirsiz olduğunu söyləyirik. Amma fikir verən yoxdur. Dünyada bizdən savayı bu dərmandan istifadə edən qalmayıb. Biz də isə hələ də istifadə edilir. Başlanğıcda bəlkə də başqa çarə yoxdu. Amma artıq bir sıra yeni dərmanlar var. Bu dərmandan imtina etməmək üçün bir səbəb qalmayıb”.