ÜST təcili toplanır: Koronavirusun yeni ştammı tapıldı


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yeni COVID-19 ştammı- B.1.1.529 aşkar edilməsi ilə bağlı cümə günü xüsusi iclas keçirəcək.

Bu barədə ÜST-ün Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerkxove onlayn sessiya zamanı bildirib.

Qeyd edilib ki, sünbül zülalında koronavirusun onlarla mutasiyaya uğrayan yeni variantı izlənir və onun mövcud vaksinlərin effektivliyinə necə təsir edəcəyi müzakirə olunacaq.
“Bizim bu barədə hələ kifayət qədər məlumatımız yoxdur. Bu variantın 100-dən az tam genetik ardıcıllıq mövcuddur. Bununla belə, bilirik ki, bu ştammın mutasiyaları var”, - deyə Van Kerkxove izah edib.

Onun sözlərinə görə, virusun təkamülü ilə bağlı qrup koronavirusun bu variantının yaratdığı təhlükəni müzakirə edəcək. Nəticələr narahatlıq doğurarsa, ona yunan əlifbası hərfinin adı veriləcək.

Mənbə: RİA Novosti