Acı xəbər hər kəsi üzdü

Qan xərçəngi diaqnozu qoyuldu, koronavirusdan öldü

Türkiyənin Artvin bölgəsində sinəsindəki ağrılar səbəbindən həkimə müraciət edən, müayinələr nəticəsində leykimiya – qan xərçəngi diaqnozu qoyulmuş 26 yaşlı Eylem Yıldız 5 gün sonra koronavirusa yoluxub və vəfat edib. 

Eylem Yıldız Borçka əyalətinin Aralıq kəndində yaşayıb. Gənc qız Çoruh Universitetindən məzunu olub. Oktyabr ayında sinəsində ağrılar hiss edib, təcili tibbi yardımla əyalətdəki dövlət  xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırlaşdığından Qars Qafqaz Universiteti Elmi-Tədqiqat Xəstəxanasına göndərilib. 

Burada Eyleme qan xərçəngi diaqnozu qoyulub. 5 gün sonra isə gənc qızın koronavirus testi pozitiv çıxıb. Eylem Yıldız buradan da Trabzon Qaradəniz Texniki Universitetinin Tibb Fakültəsi Fərabi Xəstəxanasına yerləşdirilib. 

Eylem Yıldız həm xərçəng, həm də koronavirusla mücadilə aparıb. Vəziyyəti bir qədər də ağırlaşan qız reanimasiya şöbəsinə yerləşdirilib.

 Oksigen balonuna qoşulan Eylem dünən səhər saatlarında vəfat edib. Eylemin ölümü təkcə ailəsini deyil, dostlarını, rəfiqələrini, onu tanıyan hər kəsə ağır təsir edib. Eylemin ölüm xəbərini isə Borçka bələdiyyə başqanı Ercan Orhan sosial media üzərindən paylaşıb. 

E.Orhan paylaşımında “xərçəng və koronavirusla çarpışan tələbəm Eylemi itirməyimizin dərin  hüznü içindəyəm. Bütün sevənlərinin, ailəsinin başı sağ olsun, məkanı cənnət olsun” cümlələrini yazıb.