ÜST: Koronavirusdan ölüm azalıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri dünyada koronavirusa yeni yoluxma hallarının 5%, ölüm hallarının isə 10% azaldığını bildiriblər.

“Son bir həftə ərzində biz həm yeni koronavirusa yoluxma hallarının, həm də bu virusdan ölüm hallarının sayında azalma qeydə aldıq”, - deyə ÜST-dən bildirilib.
Statistikaya əsasən, dekabrın 6-dan 12-dək dünyada 4 000 817 yeni yoluxma, 46 961 ölüm faktı qeydə alınıb.
Mənbə: Mk.ru