Təcili tibbi yardım xidməti sığorta zərfinə daxildir? - AÇIQLAMA


“İcbari tibbi sığorta çərçivəsində təcili və təxirəsalınmaz tibbi yardım xidməti İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxildir.

Oxu.Az xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

O bildirib ki, bütün ölkələrdə olduğu kimi vətəndaşlar qeydiyyatda olduğu yerdən, iş yerindən, sığortalı olub-olmamasından mütləq xidmət alırlar.

İcbari Tibbi Sığorta çərçivəsində təcili və təxirəsalınmaz tibbi yardımın hansı qaydada aparılması ilə bağlı danışan K.Ələkbərov qeyd edib ki, xəstəxanaların bazalarında təcili yardım şöbələri yaradılıb:

“Beləliklə icbari tibbi sığortada təcili yardım stansiyası vasitəsilə həkim briqadaları hadisə yerlərində, yaşayış yerlərində xidmət verirlər. Eyni zamanda, xəstəxanalara müraciət edən və təcili tibbi yardıma ehtiyacı olan xəstələrdə tibb məntəqəsində yaradılmış təcili yardım şöbələrində stasionar şəkildə xidmət verilir”.