Alimlər açıqladı! Koronavirusa qarşı çox xeyirlidir

Dünya koronavirus epidemiyasıyla mübarizə apardığ bir zamanda alimlərdən sevindirən bir araşdırma xəbəri gəldi. Ölkəmizdə də olduqca çox olan bu meyvənin koronaya qarşı müsbət təsir etdiyini bilirdinizmi? 

Sherg.az xarici media istinadən xəbər verir ki, yapon alimləri virusla mübarizədə ümid ola biləcək bir elmi işə imza atıblar.

Yaponiyanın Kashihara şəhərindəki Nara Tibb Universitetindən bir araşdırma qrupu, xurmadan əldə edilən maddnin Covid-19-a qarşı təsirli olduğunu və ya ciddi semptomların inkişaf etmə ehtimalını aşağı saldığını üzə çıxarıb.

Əsasən Çin və Yaponiyada yetişən və ölkəmizdə "cənnət meyvəsi", ya da "cənnət xurması" kimi tanınan meyvənin ehtiva etdiyi zəngin A, C, B1, B2 və B3 vitaminləri, karbonhidrat, fosfor, zülal, kalsium, dəmir, natrium, kalium və maqnezium səbəbiylə ürək xəstəlikləri, xərçəng kimi ciddi xəstəliklərə qarşı da müdafiə qabiliyyəti olduğu ifadə edilir.

Turan